Qarabağ ermənilərinin köçü davam edir
https://parstoday.ir/azeri/news/azerbaijan-i1792-qarabağ_ermənilərinin_köçü_davam_edir
Qarabağ ermənilərinin Ermənistana mühacirəti geniş miqyas almaqdadır.
(last modified 2023-08-27T04:00:03+00:00 )
Avq 26, 2023 12:07 Asia/Baku
  • Qarabağ ermənilərinin köçü davam edir

Qarabağ ermənilərinin Ermənistana mühacirəti geniş miqyas almaqdadır.

 

Daxil olan məlumata əsasən, son beş gündə ümumilikdə 500-ə yaxın şəxs bölgəni tərk edib.

Separatçı rejimin nümayəndələri bildiriblər ki, Rusiya sülhməramlıları iyunun 14-dən bəri ilk dəfə olaraq 41 Rusiya vətəndaşının və Qarabağlı tələbələrin Laçın keçid məntəqəsindən Ermənistana daşınmasını təmin edib.

Qarabağı tərk edənlərin bəzilərinin erməni əsilli Rusiya vətəndaşları olduğu bildirilir.

Ermənistan Azərbaycanın Laçın yolunu bağlaması ucbatından Qarabağdakı ermənilərin aclıqla üzləşdiyini iddia edir. Azərbaycan isə bu iddiaları rədd edir.