MBH üzvü işgəncə izlərini göstərib
https://parstoday.ir/azeri/news/azerbaijan-i182-mbh_üzvü_işgəncə_izlərini_göstərib
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Abbas Hüseyn məhkəmədə işgəncə izlərini göstərib.
(last modified 2023-05-27T04:09:33+00:00 )
May 26, 2023 08:04 Asia/Baku
  • MBH üzvü işgəncə izlərini göstərib

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Abbas Hüseyn məhkəmədə işgəncə izlərini göstərib.

 

 Bakı Apellyasiya məhkəməsində siyasi məhbus Abbas Hüseynin məhkəmə prosesi keçirilib.

Prosesdə dini fəal 7 saylı Cəzaçəkmə Müəssisəsində ona verilən işgəncələrin izinin hələ də qaldığını bildirib və göstərib.

Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Fikrət Cəfərov bildirib ki, Abbas Hüseynin bədənində işgəncə izləri aydın görünür.

Vəkil Fəxrəddin Mehdiyevin isə jurnalistlərə verdiyi açıqlamada deyib: “Biz artıq bununla əlaqədar prokurorluğa şikayət vermişik. Araşdırma nəticələrindən asılı olaraq gələcək addımlar atacağıq. Prokurorluq cinayət işi açmaqdan imtina etsə bu qərardan məhkəməyə şikayət verəcəyik”.

Qeyd edək ki, Abbas Hüseyn və bəzi digər fəallar siyasi məhbus kimi tanınıb.