Ağdərənin tamamilə boşaldığı bildirilir
(last modified Tue, 26 Sep 2023 05:54:26 GMT )
Sen 26, 2023 09:54 Asia/Baku
  • Ağdərənin tamamilə boşaldığı bildirilir

Ağdərə (Mardakert) tamamilə boşaldılıb, əhalisi təxliyə edilib.

Bu barədə Mardakertin (Ağdərə) “meri” Mişa Gyurjyan “Azadlıq” radiosunun erməni bürosuna danışıb.

Onun sözlərinə görə, sentyabrın 24-də son sakinlər 1000-ə yaxın maşınla oradan çıxıb, onlar axşam saatlarında Stepanakertə (Xankəndi) çatıblar.

Mişa Gyurjyan dinc sakinlər arasında 1 nəfərin itkin düşdüyünü bildirib:

“Mülki əhali arasında ölən yoxdur. Lakin şəhərdə və ətrafında xeyli sayda hərbçinin meyidi var. Şəhərdəki ölən hərbçilərin sayı 20 nəfərdir. 

Əsgəran şəhərinin “meri” Hayk Şamiryan isə itkin düşənlərin çox olmadığını bildirib:

“Bütün Artsax (Qarabağ) gedir, Əsgəran da gedir. Türklər artıq Əsgəranın 200 metrliyindədir. Əsgəran əhalisi tamamilə təxliyə olunanda mən də şəhəri tərk edəcəyəm. İnsanlar artıq gərginliyin son mərhələsinə çatıblar. Burada nə baş verdiyini heç kim təsəvvür edə bilməz. İnsan bunu öz dərisində hiss etməyənə qədər, bizim indi burada necə yaşadığımızı bilmir”, – deyə Hayk Şamiryan əlavə edib.

O həmçinin şəhərdə axtarış-xilasetmə işlərinin hələ də davam etdiyini deyib