Ermənilər Xankəndində inzibati binaları minalayıblar
https://parstoday.ir/azeri/news/azerbaijan-i2430-ermənilər_xankəndində_inzibati_binaları_minalayıblar
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xankəndidəki inzibati binalara baxış keçirilən zaman erməni hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.
(last modified 2023-10-02T06:32:12+00:00 )
Okt 02, 2023 10:21 Asia/Baku
  • Ermənilər Xankəndində inzibati binaları minalayıblar

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xankəndidəki inzibati binalara baxış keçirilən zaman erməni hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb.

Tələ qurğular Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.