Azərbaycanlı fəal fələstinlilərin müdafiəsinə qalxdı
“Həmasın başlatdıgı hücum ən təbii haqqıdır”
Azərbaycanlı fələstinlilərin müdafiəsinə qalxaraq, Həmasın başlatdıgı hücumu ən təbii haqqı adlandırıb.
Almaniyada mühacirətdə yaşayan Cavid Cabbarlı öz feysbuk paylaşımında yazır: “Fələstin xalqı 75 ildir zülm və işgəncə altındadır. Torpaqları işğal olunub, dünya gücləri tərəfindən əzilir və məhrumiyyətlərlə üz-üzədir. Başlatdıgı hücum ən təbii haqqıdır və bütün varlığımızla dəstəyimizi ifadə edirik”.
İsrail adlanan qəsb olunmuş ərazilərdə “sivil xalq öldürülür” iddiasına gəlincə, azərbaycanlı fəal qeyd edib ki, öldürülənlərin hamısı illərdir fələstinli uşaqlari şəhid edən, onlara ağlagəlməz işgəncələr verən işğalçı birləşmənin üzvüləridir və işgalçı hərbçilər mülki geyimdə yaxalanıblar. Yəni, öldürülənlər sivil deyil, işgalçıdılar.
Cavid Cabbarlının fikrincə, əsas məsələ işgalçı güclərin burunlarının ovulmasıdır. Dəmir günbəz, məxfi təşkilatlar və digər temalar bu günə qədər elə şişirdilirdi ki, guya İsrail yenilməz qüdrətdir.
Azərbaycanlı fəalın sosial mediadakı paylaşımı bu cümlələrlə bitir: “75 il daşla, ağacla mübarizə aparan, təslim olmayan məzlum fələstinlilər dünyanın yaratdığı saxta qorxu səddini dagıtdılar. Qalanı boş şeydir... Bütün işğalçılara ölüm olsun! İlahi vədə mütləq reallaşacaq - zalımlar və işgalçılar ən ağır şəkildə cəzalanacaqlar!”