Azərbaycanlı politoloq sionist rejimin “kazğız pələng” olduğuna eyham vurdu
Şahin Cəfərli: İsrailin təhlükəsizik sistemi deqradasiyaya uğrayıb
Azərbaycan Respublikasında tanınmış bir politoloq bildirib ki, bütün proseslər İsrail təhlükəsizik sisteminin qismən deqradasiyasına səbəb olduğunu göstərir.
Şahin Cəfərli Həmasın İsrailə hücumundan sonra tərəflər arasında başlayan münaqişəni şərh edərkən özünün sosial şəbəkə hesabında yazıb: “İsrailin təhlükəsizik sistemi qismən deqradasiyaya uğrayıb. Bunun nəticəsidir ki, Həmasın planlaşdırdığı hücumlardan nə Mossad xəbər tutub, nə ordu kəşfiyyatı, nə də digər təhlükəsizlik strukturları”.
Politoloqun fikrincə, İsrail rejiminin təməl problemi xarici təhdiddən daha çox, daxildəki kəskin qütbləşmə və ortaq dəyərlərə malik olmayan 2 yəhudi toplumunun bir-birinə nifrətidir. Bunun aradan qaldırılması mümkün görünmür. Ultra-ordodoks yəhudilərin sürətlə çoxalması nəticəsində gələcəkdə ölkənin demoqrafik strukturunun dəyişməsi gərginliyi və vətəndaş qarşıdurmasını daha da gücləndirəcək. 2060-cı illərin ortalarında sekulyar yəhudilərin azlığa düşəcəyi proqnozlaşdırılır. Bu, İsrail üçün fəlakət olacaq”.