Döyülməsinə etiraz edən reportyor saxlanılıb
Oktyabrın 24-də reportyor Nurlan Qəhrəmanlı Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirərkən saxlanılıb.
O sentyabrın 21-də saxlanılmasına, 30 sutka həbs olunmasına və fiziki təzyiqə məruz qalmasına etiraz edib.
Turan xəbər agentliyi Reportyora istinadla bildirir ki, sentyabrın 21-də prokurorluq əməkdaşları onu paltarını dəyişməyə imkan vermədən birbaşa ev geyimində aparıblar.
Sosial şəbəkələrdəki yazılarına görə Baş Prokurorluğun İstintaq İdarəsində döyülüb, sonra inzibati qaydada həbs edilib.
Qəhrəmanlı bunu ifadə azadlığının pozulması hesab edir və bu gün baş prokuror Kamran Əliyevlə görüş tələb edib. Bundan sonra Baş Prokurorluğun binası qarşısında onu polis saxlayıb.
Agentliyin axşam yaydığı xəbərində reportyorun buraxıldığı bildirilib.