Azərbaycanda daha iki inanclıya hökm oxundu
https://parstoday.ir/azeri/news/azerbaijan-i2810-azərbaycanda_daha_iki_inanclıya_hökm_oxundu
Azərbaycan Respublikasında həbslər və sifarişli hökmlər davamlı olaraq icra edilməkdədir.
(last modified 2023-10-26T05:46:35+00:00 )
Okt 26, 2023 10:25 Asia/Baku
  • Azərbaycanda daha iki inanclıya hökm oxundu

Azərbaycan Respublikasında həbslər və sifarişli hökmlər davamlı olaraq icra edilməkdədir.

 

Daxil olan məlumata əsasən, saxta narkotik ittihamı ilə şərlənərən inanclı Eldəniz Ağayevə hökm oxunub. 2023-cü il martın 12-də saxlanılan inanclı qondarma narkotik ittihamı ilə şərlənərək 3 il müddətində azadlıqdan məhrum edilib.

Bununla yanaşı narkotik ittihamı ilə şərlənib həbs edilən ingilis dili müəllimi Kənan Qocayevə də hökm oxunub.

"Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə K.Qocayev 3 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, Kənan Qocayev Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində 2023-cü ilin 8 aprel tarixində saxlanılıb. Onu polis idarəsində ifadəyə imza atmaq üçün körpə uşaqlarının öldürülməsi ilə təhdid ediblər. Qocayevin vəkili Zibeydə Sadıqova müdafiə çıxışında bildirib ki, ittiham sübut olunmayıb.