Kamran Əsgərov 3 il 6 ay müddətinə azadlıqdan mərhum edildi
https://parstoday.ir/azeri/news/azerbaijan-i2826-kamran_Əsgərov_3_il_6_ay_müddətinə_azadlıqdan_mərhum_edildi
Azərbaycan Respublikasında narkotiklə şərlənən inanclıya həbs hökmü çıxarılıb.
(last modified 2023-10-28T05:30:08+00:00 )
Okt 27, 2023 19:34 Asia/Baku
  • Kamran Əsgərov 3 il 6 ay müddətinə azadlıqdan mərhum edildi

Azərbaycan Respublikasında narkotiklə şərlənən inanclıya həbs hökmü çıxarılıb.

 

"Məlumat" İnformasiya Agentliyinin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə narkotik ittihamı ilə şərlənib həbs edilən Kamran Əsgərovun 3 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsi ilə bağlı hökm çıxarılıb.

Qeyd edək ki, Kamran Əsgərov 2023-cü ilin 5 aprel tarixində iş yerindən oğurlanıb. Ailəsi onu 3 gün axtarıb.

Kamran Əsgərov Azərbaycan CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham olunub. Məhkəmə dindarın ittiham olunduğu maddə üzrə kifayət qədər dəlillərin olmadığı üçün 234.1-1-ə tövsif edib.

Kamran Əsgərov Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində saxlanılan 2 mindən çox dindardan biridir.