Paşinyan və Əliyev Moldovada sülh əldə edəcəkmi?
Bu gün Ermənistanın baş naziri və Azərbaycan Respublikasının prezidenti gərginliyin dayandırılması və sülhə nail olmaq məqsədi ilə Moldovanın paytaxtında bir araya gələcəklər .
Bakı ilə İrəvan arasında 44 günlük Dağlıq Qarabağ müharibəsi 2020-ci il noyabrın 9-da Ermənistanın baş naziri, Azərbaycan Respublikasının prezidenti və Rusiya prezidentinin atəşkəs haqqında saziş imzalaması ilə başa çatıb. Rusiya bu müqavilədə vasitəçi rolunda çıxış edib.
Sülh sazininin imzalanmasına baxmayaraq, iki ölkə arasında sülh bərqərar olunmayıb və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi irəliləməyib.
Əliyev və Paşinyan ötən həftə Moskvada görüşüblər. görüşün sonunda iki ölkə liderləri münasibətləri “ərazi bütövlüyünün qarşılıqlı tanınması” əsasında normallaşdırmağa hazır olduqlarını bəyan etsələr də, görüşdən sonra Ermənistanın baş naziri ölkənin parlamentində Moskva görüşünün "qənaətbəxş" nəticə vermədiyini bildirib.
Fars xəbər agentliyinin məlumatına görə, dünən Moldovaya işgüzar səfərinə başlayan Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.
Bu xəbərə görə, Paşinyan ilə Əliyevin Moldova görüşü iki qonşu ölkə arasında münaqişəni azaldıb sülhə nail olmaq məqsədi ilə qiymətləndirilir.
Paşinyanın Avropa siyasi birliyinin Kişinyovda keçiriləcək ikinci sammitində də iştirakı planlaşdırılır.
Bundan əlavə Kişinyovda Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan Respublikası prezidentinin beştərəfli görüşü keçiriləcək.
qeyd edək Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Nikol Paşinyan və İlham Əliyevin bu gün Moldovada keçiriləcək görüşünə baxmiaraq Çərşənbə axşamı Ermənistan və Azərbaycan Respublikası qarşı tərəfin öz sərhəd mövqelərini atəşə tutduğunu iddia edib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin ölkə ordusunun “Ağdam” və “Şuşa”dakı mövqelərini atəşə tutduğunu bildirsədə, Ermənistan Müdafiə Nazirliyi Bakının iddiasını dərhal rədd edib.