Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur
https://parstoday.ir/azeri/news/azerbaijan-i3034-bu_gün_azərbaycanda_8_noyabr_zəfər_günü_qeyd_olunur
Bakı və Xankəndidə hərbi parad keçirilib
(last modified 2023-11-12T07:06:51+00:00 )
Noy 08, 2023 11:03 Asia/Baku
  • Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur

Bakı və Xankəndidə hərbi parad keçirilib

 

Azərbaycan Respublikasında Şuşanın işğaldan azad edilməsinin ildönümü münasibətilə Zəfər günü qeyd olunub.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Zəfər Günü hər il noyabrın 8-də qeyd edilir.

Qələbənin 3-cü ildönümündə, Zəfər Günü münasibətilə bu gün hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşləri keçirilib.

Oxşar parad Xankəndidə də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə təşkil olunub.  

2020-ci ildə 44 gün davam müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Allah şəhidlərə rəhmət eləsin!