Azərbaycan Respublikasında daha iki inanclıya hökm oxunub
Narkotiklə şərlənən dindarlara 10 il həbs cəzası verildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki dindara hökm oxunub.
"Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Neftçala sakinləri İlham Qəribəliyev 5 il 6 ay və Xanəli Rüstəmov 5 il müddətinə azadlıqdan mərhum ediliblər.
Hər iki inanclı barələrində qəbul edilən qərarla razılaşmır və şərlənərək saxlanıldıqlarını bildirirlər.
Qeyd olunur ki, İlham Qəribəliyevə Neftçala rayon polis idarəsində ağlasığmaz işgəncələr verilib. 4 uşaq atası İlham Qəribəliyevin oğlu hazırda Laçında əsgəri xidmətdədir.
Sözü gedən inanclı şəxslərə saxlanılan zaman “İran cəsusu” ittihamı irəli sürülüb və sonradan haqlarında narkotik maddələri ilə bağlı cinayət işi açılıb.
Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə ölkədə geniş həbs dalğası çərçivəsində yüzlərcə inanclının saxlanıldığı bildirilir.