Qızılca yenə də can aldı
https://parstoday.ir/azeri/news/azerbaijan-i3510-qızılca_yenə_də_can_aldı
Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən vəfat edib. Sputnik Azərbaycan xəbər verir, uşağın vəziyyəti qızılca xəstəliyindən ağırlaşaraq, Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.
(last modified 2023-12-16T05:37:09+00:00 )
Dek 15, 2023 09:52 Asia/Baku
  • Qızılca yenə də can aldı

Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən vəfat edib. Sputnik Azərbaycan xəbər verir, uşağın vəziyyəti qızılca xəstəliyindən ağırlaşaraq, Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.

 

Azərbaycan Respublikasında qızılca xəstəliyinin yayılması nəticəsində uşaqlar arasında ölüm halları artmaqdadır.

Bundan əvvəl Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

Bununla da qızılcadan uşaq ölümlərinin sayı altı olub.

Qeyd edək ki, qızılca xəstəliyinin qarşısının alınması üçün uşaqlar 12-15 aylığında eləcə də 4-5 yaşında ümumiyyətlə iki dəfə peyvənd edilməlidir.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaqların Qızılca xəstəliyinə immunitet yaratmaq üçün peyvənd edilmələri ümumölkə proqram çərçivəsində dövlətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir.

Kürdəmir rayonunda,Bakının Qaradağ rayonunda və Şəmkirdə qızılcadan həyatını itirən uşaqların vaxtında peyvən olunub-olunmaması barədə məlumat yayılmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.”

Ümumdünya Səhiyyə Təşkilatı inkişaf etməmiş ölkələrdə daha çox yayğın olan qızılcanı cilovlamaq üçün uşaqların 6 və 9 aylıqlarında iki dəfə peyvənd olunmalarını tövsiyə edib.

Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir. Peyvənd olunan uşaqlarda nadir hallarda baş veərn yoluxma halalrında isə qızdırmanı salmaq üçün “Parasetamol” (asetaminofen) və “Ibuprofen”-dən istifadə olunmalıdır. Həmçinin qızılcanın müşahidə olunduğu yerdə digər uşaqlar və şəxslər peyvənd edilməlidir.