Hakimiyyət təhsil öhdəliyindən də boyun qaçırmaq istəyir?
https://parstoday.ir/azeri/news/azerbaijan-i3514-hakimiyyət_təhsil_öhdəliyindən_də_boyun_qaçırmaq_istəyir
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində 7 min manat xərclənildiyini deyib.
(last modified 2023-12-16T05:45:26+00:00 )
Dek 15, 2023 14:03 Asia/Baku
  • Hakimiyyət təhsil öhdəliyindən də boyun qaçırmaq istəyir?

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində 7 min manat xərclənildiyini deyib.

 

Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.

"Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır", - o vurğulayıb.

Nazir bildirib ki, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır: "Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".

Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva yerli KİV-ə açıqlamasında Azərbaycanda məktəblərin özünümaliyyələşdirmə sisteminə keçəcəyini bildirib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub.