Müsavat və AMİP seçki qərarını elan etdi
https://parstoday.ir/azeri/news/azerbaijan-i3528-müsavat_və_amİp_seçki_qərarını_elan_etdi
Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Dek 16, 2023 10:16 Asia/Baku
  • Müsavat və AMİP seçki qərarını elan etdi

Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edib.

 

Prezident seçkilərində iştirak etməmək haqqında qərar partiyanın Divanı tərəfindən qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib.

Hakim Yeni Azərbaycan Partiyasının nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov müxalifətin boykot qərarı barədə Turan agentliyinə deyib: “Müxalifət partiyalarının davranışları və bəyanatları onların seçki prosesində iştirak etmək istəmədiyini göstərir”.

YAP funksioneri iddia edib ki, “hazırda Azərbaycan prezidentinin populyarlığı ən yüksək səviyyədədir. Azərbaycan xalqı İlham Əliyevi öz xilaskarı, torpağı işğaldan azad edən qalib prezident hesab edir. Bu kontekstdə rəqiblərin davranışını başa düşmək olar. Onlar bilirlər ki, Azərbaycan prezidentinə ümumbəşəri sevgi var. Belə bir vəziyyətdə İlham Əliyevlə rəqabət aparmaq son dərəcə çətindir”.

Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib və növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi, lakin Əliyevin sərəncamı ilə növbədənkənar seçkinin keçirilməsi qərara alınıb.

Rəsmilər bunun səbəbini islahatları sürətləndirmək kimi amillə izah edirlər.

2016-cı ildə Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəllər bu müddət 5 il idi.