Tahir Kərimli: Qızlar universitetlərə şəhvət doğuracaq geyimdə gedirlər
https://parstoday.ir/azeri/news/azerbaijan-i3684-tahir_kərimli_qızlar_universitetlərə_şəhvət_doğuracaq_geyimdə_gedirlər
Deputat Tahir Kərimli Azərbaycan Respublikası universitetlərində əxlaq normalarına əməl olunmadığını vurğulayıb.
(last modified 2023-12-27T07:10:01+00:00 )
Dek 26, 2023 11:02 Asia/Baku
  • Tahir Kərimli: Qızlar universitetlərə şəhvət doğuracaq geyimdə gedirlər

Deputat Tahir Kərimli Azərbaycan Respublikası universitetlərində əxlaq normalarına əməl olunmadığını vurğulayıb.

 

Poliqon portalının məlumatına əsasən, millət vəkili bildirib: “Qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər. Bu, çox ciddi məsələdir. Universitet rəhbərləri də buna icazə verirlər. Həmin universitet rəhbərlərini qınayıram. Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım. Təhsil müəssisəsi eyni zamanda təlim-tərbiyə yeridir. Belə tərbiyə vermək olarmı?”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli sonra qeyd edib: “Hətta müsəlman olmayan xarici dövlətlərdə belə universitetlərin xüsusi geyimləri var. Elm və Təhsil Nazirliyi direktiv göstəriş verməli, qərar qəbul etməlidir ki, şagirdlər, tələbələr məktəblərə və universitetlərə abır-həya gözlənilən paltarda gəlsinlər. Görünür, artıq başqa üsul qalmır. Çünki televiziya və sosial şəbəkələrin maarifçiliyi təbliğ etmədiyi, əksinə əxlaqsızlıq yaydığı bir dövrdə başqa yol yoxdur. Gərək, bu işə dövlət, hökumət özü əl qoysun”.