Azərbaycanda deputatlar bizneslə necə məşğul olurlar?
https://parstoday.ir/azeri/news/azerbaijan-i3732-azərbaycanda_deputatlar_bizneslə_necə_məşğul_olurlar
Millət vəkili Siyavuş Novruzovun “Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki” ifadəsi cəmiyyətdə bir sıra suallar doğurdu.
(last modified 2023-12-30T03:20:11+00:00 )
Dek 29, 2023 14:14 Asia/Baku
  • Azərbaycanda deputatlar bizneslə necə məşğul olurlar?

Millət vəkili Siyavuş Novruzovun “Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki” ifadəsi cəmiyyətdə bir sıra suallar doğurdu.

 

 Bu, Siyavuş Novruzovun bu ifadəsi deputatlar arasında bizneslə məşğul olanların varlığını təsdiqləmiş olduğundan bunun qanunlara zidd olduğu şəraitdə necə baş verdiyi barədə müzakirələr doğurub.

Axar.az Məsələ ilə bağlı Siyavuş Novruzova müraciət edib. Deputat  bildirib ki, deputatlar özü birbaşa bizneslə məşğul olmasalar da onlar bu məhdudiyyətdən ailələri vasitəsi ilə keçə bilirlər:

“Bilirsiniz, qanunla deputat bizneslə məşğul ola bilməz. Deputatların özü deyil, övladı və ya digər qohumu bizneslə məşğul olur”,-deyə Siyavuş Novruzov deputatların onların biznes vəaliyyətlərinə qoyulan qanundan necə yayındıqlaırnı bildirib.