Azərbaycanda neft hasilatı azalır
Dövlət post-neft erasına hazırdırmı? - AKTUAL
Azərbaycan Respublikasının ən iri neft yataqlarında hasilat kəskin şəkildə azalıb.
Neft hasilatı Azərbaycan Respublikasının iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir. Ölkənin ixracatının demək olar ki, yarısı xam neft satışına aiddir. Bakıdan təxminən 100 km şərqdə yerləşən "Azəri-Çıraq-Günşəli" (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan hissəsində ən böyük neft yataqları hesab olunur. Yayılan məlumatlara əsasən, burada hasilat 8-42% azalıb.
Qeyd edəkmki ölkənin enerji gəlirlərinin əsas hissəsi bu sahə ilə bağlıdır. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, AÇG yataqlarının istismarından keçən il sentyabrın 1-dək 579 milyon ton neft və 212 milyard kubmetrdən çox qaz hasil edilib və bu ehtiyatlardan cəmi 4 milyard 728 milyon dollar gəlir əldə edilib.
Ekspertlər xəbərdarlıq edirlər ki, neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi, həmçinin hasilatın azalması ortamüddətli perspektivdə dövlət neft fondunun gəlirlərini azaldacaq. Belə olan halda Azərbaycan hökumətinin aktivləri tez bir zamanda azala bilər və bu, post-neft erası üçün yaxşı heç nə vəd etmir.