Daha bir inanclı cəzalandırılır
https://parstoday.ir/azeri/news/azerbaijan-i3910-daha_bir_inanclı_cəzalandırılır
MBH üzvü İsmayıl İsmayılova hökm oxunub Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, İsmayıl İsmayılovun məhkəmə prosesi başa çatıb.
(last modified 2024-01-11T04:57:57+00:00 )
Yan 10, 2024 17:55 Asia/Baku
  • Daha bir inanclı cəzalandırılır

MBH üzvü İsmayıl İsmayılova hökm oxunub Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, İsmayıl İsmayılovun məhkəmə prosesi başa çatıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Beyləqan sakini İsmayıl İsmayılov Azərbaycan CM-nin 234.4.3 (küllü miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham olunub. Lakin hakim son prosesdə ittihama uyğun dəlil sübutlar olmadığı üçün maddəni 234.1-1-ə tövsif edib.

Məlum olub ki, əsas şahidin adından yalan, şər-böhtanla dolu ifadəni işi "araşdıran" müstəntiq yazıb.

Digər şahidlərin də ifadələri fərqli nəticələnməyib. Bununla belə hakim İ. İsmayılov haqqında narkotik cinayətini qüvvədə saxlayıb və inanclı müqəssir bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. İsmayıl İsmayılovun hüquqlarını vəkil Rəsul Cəfərov müdafiə edib.

Xatırladaq ki, İsmayıl İsmayılov şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində tutulub. O, məhbus ailələrinə yardım etdiyinə və aktiv dini fəaliyyətinə görə şərlənməyə məruz qalıb.