16 il səhiyyə naziri işlədi, Azərbaycana etibar etmədi
Xatırladaq ki, eks-nazir O.Şirəliyev uzun illər Azərbaycanda rəhbərlik etdiyi səhiyyə sisteminə güvənməyərək müalicə üçün Türkiyəyə səfər edib.
Azərbaycanda tanınmış həkim, uroloq-androloq Vasif İsmayıl da bu qəribə hadisəyə fikir bildirib: “Ola bilsin ki, Oqtay Şirəliyev Azərbaycana səhiyyəsinə güvənmir, yəni bu, ola bilər. Ola bilər ki, onun hansısa həkimlərlə konflikti olsun, onlara güvənmisin və buna görə də Türkiyəni seçsin. Amma reallıq budur ki, onun zamanında Azərbaycan səhiyyəsində bir çox işlər görülüb. Hətta deyərdim ki, çox da yaxşı işlər olub. Amma, bununla yanaşı, səhiyyəmizdə nəzarətin zəifləməsi hadisəsi də baş verdi ki, bu da Oqtay müəllimə qarşı yaranan etirazlara səbəb oldu”. Həkim daha sonra əlavə edib ki, Azərbaycan xalqının Azərbaycan səhiyyəsi haqqında söylədiyi iradların əksəriyyəti haqlı və əsaslı olduğuna və lazımı mütəxəssislərin isə ölkədə çatışmadığına da toxunub:“Amma bu, o demək deyil ki, Oqtay Şirəliyev Azərbaycan səhiyyəsini pis günə qoyub Türkiyəyə qaçıb gedib və s. Biz bunu ümumi bir fikir kimi dilə gətirə bilərik, amma ola bilsin ki, onun xəstəliyinin spesifik xüsusiyyətləri var və buna görə də ölkə xaricinə çıxıb. Məsələn, onun çox ciddi qaraciyər çatışmazlığı varsa, artıq xaricdə müalicə almasına əsaslı səbəbləri ortaya çıxır. Çünki qaraciyər çatışmazlığı ilə bağlı problemi hələ də Azərbaycanda lazımi səviyyədə müalicə edə bilmirik və bu bizim səhiyyəmiz üçün mənfidir. Yəni elə məsələlər var ki, biz bunu yaxşı bacarmırıq.”Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə isə elə situasiyalar var ki, biz bu reallıqları bilmirik.