Avropa Şurası Azərbaycana sanksiya qoymağı planlaşdırır
https://parstoday.ir/azeri/news/azerbaijan-i4114-avropa_Şurası_azərbaycana_sanksiya_qoymağı_planlaşdırır
Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər.
(last modified 2024-01-23T06:42:18+00:00 )
Yan 23, 2024 10:40 Asia/Baku
  • Avropa Şurası Azərbaycana sanksiya qoymağı planlaşdırır

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər.

 

Bazar ertəsi AŞPA-nın qış sessiyasının açılış günü Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini Almaniya nümayəndə heyətindən deputat Frank Şvabe verib.

O buna səbəb kimi Azərbaycanda siyasi məhbuslar məsələsinin bu günədək öz həllini tapmadığını, Qarabağdan erməni sakinlərin zorakılıqla çıxarılmasını və 7 fevral prezident seçkilərində AŞPA-nın seçki müşahidəsinə dəvət edilməməsini göstərib.

Onun bu təklifi Assambleyanın azı 30 üzvü tərəfindən dəstəklənib.

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin AŞPA-dan kənarlaşdırılması və ya fəaliyyətlərinin məhdudlaşdırılmasına dair qərar veriləcək.