Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i4180-azərbaycan_səfirliyinə_hücum_edən_şəxsin_məhkəməsi_keçirilib
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası bu gün təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Yan 27, 2024 16:23 Asia/Baku
  • Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası bu gün təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.

 

Sürülmüş ittiham aktına əsasən, Azərbaycan Respublikasının Səfirliyinə hücumu törədən şəxs səfirlikdə odlu silahdan istifadə edərək Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, bir ədəd Kalaşnikov və bir ədəd tapança kimi qanunsuz silah almaqda, gəzdirməkdə və saxlamaqda eləcə də ictimai asayişi pozmaqda günahlandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqının ildönümündə Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxsin işi üzrə təqsirləndirilən şəxslərin, onun vəkillərinin və Azərbaycan Respublikası Səfirliyinin bəzi məsul şəxslərinin iştiarakı ilə məhkəmə iclası keçirilib.

 Məhkəmədə ilk öncə hakim  təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham haqda izah verib, daha sonra prokurorluq nümayəndəsi ittiham aktını oxuyub.

Sürülmüş ittiham aktına əsasən, Azərbaycan Respublikasının Səfirliyinə hücumu törədən şəxs səfirlikdə odlu silahdan istifadə edərək Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, bir ədəd Kalaşnikov və bir ədəd tapança kimi qanunsuz silah almaqda, gəzdirməkdə və saxlamaqda eləcə də ictimai asayişi pozmaqda günahlandırılıb.

Bundan əlavə Azərbaycan Respublikası səfirliyinin üç əməkdaşına "qəsdən xəsarət yetirmək" maddəsi ilə təqsirləndirilən şəxsə qarşı digər  bir ittiham da irəli sürülüb.

 Prokuror nümayəndəsi tərəfindən ittiham aktının oxunduqdan sonra təqsirləndirilən şəxs və onun vəkili özlərini müdafiə etmək üçün çıxış etdilər.

 Sonda hakimin elanı ilə bu iş üzrə icraatın başa çatması elan edilmiş və məhkəmə sədri hökmün qanunla nəzərdə tutulmuş müddət ərzində çıxarılacağını vurğulayıb.

ırladaq ki, iş üzrə təqsirləndirilən şəxs 27 yanvar 2023-cü ildə şəxsi məqsədlə və odlu silahdan istifadə edərək səfirlik əməkdaşlarından birini öldürmüş, onun üç həmkarını yaralamış və səfirliyə Maddi ziyan vurmuşdur.