Azərbaycan rüşvət verməklə salamın cavabını almaq istəyib
https://parstoday.ir/azeri/news/azerbaijan-i4230-azərbaycan_rüşvət_verməklə_salamın_cavabını_almaq_istəyib
Almaniyanın Münhen Prokurorluğu keçmiş deputatlar – Aksel Fişerə və Eduard Lintnerə qarşı ittiham irəli sürüb.Onların Azərbaycan hökumətindən rüşvət aldıqları bildirilir. Söhbət milyonlarla dollardan gedir.
(last modified 2024-01-30T05:49:58+00:00 )
Yan 30, 2024 09:07 Asia/Baku
  • Azərbaycan rüşvət verməklə salamın cavabını almaq istəyib

Almaniyanın Münhen Prokurorluğu keçmiş deputatlar – Aksel Fişerə və Eduard Lintnerə qarşı ittiham irəli sürüb.Onların Azərbaycan hökumətindən rüşvət aldıqları bildirilir. Söhbət milyonlarla dollardan gedir.

 

“Spiegel” qəzeti rəsmi orqanlara istinadən yazır ki, Münhen Prokurorluğunda məmurların rüşvətxorluq və korrupsiyada şübhəli bilinməsi ilə bağlı ittiham irəli sürülüb.

Bildirilir ki, Fişer və Lintnerə qarşı iş Almaniya Xristian Demokrat İttifaqının (CDU) üzvü Karin Strenzlə də bağlıdır.

Lakin Strenz 2021-ci ildə tətildən qayıdarkən gözlənilmədən vəfat edib.

Adıçəkilən şəxslərin Azərbaycandan külli miqdarda pul qəbul etdiyi bildirilir.

Dövlət ittihamçısı Lintneri Azərbaycandan pul almaqda və onu parlament üzvlərinə, o cümlədən Strenzə ötürməkdə ittiham edir.

Xəbərdə deyilir ki, pul müqabilində deputatlar Azərbaycanın maraqlarına uyğun qərarlar verməli imişlər. Bu, Avropa Şurası Parlament Assambleyasında səsvermənin nəticələrinə xüsusi təsir etməli idi.

Prokurorluğun məlumatına görə, Strenz pul müqabilində “Azərbaycanın tələblərinə uyğun hərəkət edəcəyini” vəd edib.

İttiham ondan ibarətdir ki, Fişer də pul müqabilində Bakının maraqlarından çıxış edib.

Bildirilir ki, o, Karin Strenz üçün 150.000 avro rüşvət alıb.

Bundan sonra Fişer Azərbaycanın müdafiəsinə qalxıb.

“Hər halda, bir dəfə AŞPA iclasında Azərbaycanın lehinə səs verdi”, – deyə xəbərdə vurğulanır.

Bunun üçün isə deputatın 2016-cı ildə Bakıdan 21 800 avro rüşvət aldığı qeyd olunur.

Onun əvvəllər də Azərbaycandan rüşvət aldığı deyilir.

İttifaqdan olan digər siyasətçilərin də Azərbaycana qeyri-adi yaxınlığı ilə diqqət çəkdiyi bildirilir. Lakin onlara qarşı hələ ki heç bir ittiham irəli sürülməyib.