Müsəlman Birliyi Hərəkatının daha bir üzvünün məhkəmə prosesi başa çatıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i4290-müsəlman_birliyi_hərəkatının_daha_bir_üzvünün_məhkəmə_prosesi_başa_çatıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elvin Quliyevin barəsində CM-nin külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı maddəsi ilə ittiham aktına baxılıb.
(last modified 2024-02-03T04:31:28+00:00 )
Fev 02, 2024 14:52 Asia/Baku
  • Müsəlman Birliyi Hərəkatının daha bir üzvünün məhkəmə prosesi başa çatıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elvin Quliyevin barəsində CM-nin külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı maddəsi ilə ittiham aktına baxılıb.

 

Məhkəmə, şahid ifadələrini itiham aktına müvafiq bilərək inanclı Elvin Quliyevi 5 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Elvin Quliyev 2023-cü ilin 10 mart tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. İstintaq dövründən məhkəmədə saxta şahidlərin iştirak etdiyi dövrə qədər Elvin bütün ittihamları qurama adlandırıb və həbsinin ölkədə genişmiqyaslı təmizləmə siyasəti ilə əlaqəli olduğunu söyləyib.