Ötən ay uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i4294-Ötən_ay_uşaqlara_ən_çox_hüseyn_və_məryəm_adları_verilib
Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib.
(last modified 2024-02-03T05:55:33+00:00 )
Fev 03, 2024 09:54 Asia/Baku
  • Ötən ay uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib.

 

Ədliyyə Nazirliyindən bildirilib ki, ötən ay oğlanlar arasında 57 uşağa Hüseyn, 47 uşağa Yusif, 44 uşağa Uğur, 39 uşağa Əli, 35 uşağa Raul, 31 uşağa Murad, 28 uşağa Ömər, 28 uşağa Məhəmməd, 25 uşağa Adəm, 23 uşağa Tuncay adı qoyulub.

Qızlara gəlincə isə, 2024-cü ilin yanvar ayında 46 uşağa Məryəm, 45 uşağa Nilay, 41 uşağa Zeynəb, 39 uşağa Ayla, 37 uşağa Zəhra, 36 uşağa Fatimə, 35 uşağa İnci, 34 uşağa Melisa, 32 uşağa Aylin, 31 uşağa Mələk adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.