Daha bir MBH üzvünə hökm oxundu
https://parstoday.ir/azeri/news/azerbaijan-i4344-daha_bir_mbh_üzvünə_hökm_oxundu
Fevralın 5-də Müsəlman Birliyi Hərəkatı üzvünün məhkəmə prosesi başa çatıb.
(last modified 2024-02-06T06:07:46+00:00 )
Fev 06, 2024 08:58 Asia/Baku
  • Daha bir MBH üzvünə hökm oxundu

Fevralın 5-də Müsəlman Birliyi Hərəkatı üzvünün məhkəmə prosesi başa çatıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tural Vəliyev barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda hakim şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Məhkəmə, şahid ifadələrini itiham aktına müvafiq bilərək inanclı Tural Vəliyevi 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Tural Vəliyev ötən il 8 aprel tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. İstintaq dövründən məhkəmədə saxta şahidlərin iştirak etdiyi dövrə qədər Tural Vəliyev bütün ittihamları qurama adlandırıb və həbsinin ölkədə geniş miqyaslı təmizləmə siyasəti ilə əlaqəli olduğunu söyləyib.