Fev 10, 2024 14:24 Asia/Baku
  • İlham Əliyev Azərbaycanda keçirilən prezident seçkilərində yenidən qalib gəlib

Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar seçkilərdə qalib gəldi və ardıcıl beşinci müddətə bu vəzifədə qaldı.

Cümə axşamı (8 fevralin) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzhahir Pənahov mətbuat konfransında bildirib :Səslərin ilkin hesablanmasına əsasən, Azərbaycan Respublikası xalqı fevralın 7-də İlham Əliyevi ölkə prezidenti seçib.

Mərkəzi Seçki Komissiyasının hesabatına görə, İlham Əliyev 8-ci Azərbaycan prezident seçkilərində altı namizədlə rəqabət apararaq, demək olar ki, 93 faiz səs toplayıb.

  Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekun nəticələri səsvermədən 15 gün sonra, fevralın 22-də açıqlanacaq.

Səkkizinci prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra müxtəlif ölkələrin, o cümlədən İran və Türkiyə Prezidentləri Azərbaycan Respublikasının prezidentini qələbə münasibətilə təbrik ediblər.

Bu, İlham Əliyevin Azərbaycan prezident seçkilərində ardıcıl 5-ci qələbəsidir.

Əliyev, 2003-cü ildən Bakı hökumətinin başında atası “Heydər Əliyevi” əvəzlədikdən sonra iyirmi ildən artıqdır ki, Azərbaycan prezidenti vəzifəsində çalışır.

Elham Əliyevin qələbəsini Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri elan edərkən,  62 yaşlı siyasətçinin minlərlə tərəfdarı səsvermə müddəti başa çatdıqdan sonra paytaxt küçələrinə toplaşaraq onun yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməs münasibəti ilə şənlik tədbirləri keçiriblər.

İlham Əliyevin növbədənkənar prezident seçkilərində gözlənilən uğurlarına baxmayaraq, Qərb mediası Əliyev hakimiyyətinin əleyhdarlarına istinad edərək, seçkilərin bu dövrünün nəticələrini şübhə altına almağa çalışıb.

Əslində, Azərbaycanda növbədənkənar prezident seçkiləri ərəfəsində qərb mətbuatı ciddi rəqiblərin olmadığı bir şəraitdə hazırkı prezident və yeganə güclü namizəd İlham Əliyevin seçkilərin aşkar qalibi olacağı ilə bağlı xəbərlər dərc edib.

Məsələn, Franca Xəbər Agentiliyi bu kontekstdə yazıb: İlham Əliyevin Azərbaycanda prezident seçkilərində qalib gələcəyi gözlənilir, lakin rəqiblər onun seçilməsini “səhv” hesab edirlər. Müxaliflər də seçkilərin bu dövrünü “gülünc və absurd” hesab edirlər.

Əvvəllər seçki qanununa görə, Azərbaycanda səkkizinci prezident seçkiləri 2025-ci ildə keçirilməli idisə, İlham Əliyev növbədənkənar seçkilər keçirmək qərarına gəlib.

Bu seçkilərin məqsədi Azərbaycan Respublikasının bütün ərazisi, o cümlədən Qarabağ bölgəsi üzərində “suverenliyi bərpa etmək”bildirilmişdi. O ərazilər ki  Bakının Qarabağ separatçılarına qarşı ildırım çaxması hücumüla nəzarətə götürülüb.

Azərbaycan Respublikası Ordusunun 24 saat ərzində başa çatan bu hərbi əməliyyatı demək olar ki, bütün erməni əhalisinin Qarabağ bölgəsindən çıxarılmasına səbəb oldu və Arazın şimalındakı Azərbaycanlıların Qarabağa köçürülməsi üçün zəmin yaratdı. Müharibədən sonra Qarabağ erməniləri Ermənistana qaçıblar.

Ümumi xülasədə demək lazımdır: İlham Əliyevin Azərbaycan Prezidenti seçkilərinin səkkizinci turunda qələbəsi onu göstərir ki, Araz çayının şimalında yaşayan sakinlər üçün İkinci Qarabağ müharibəsində qələbə böyük əhəmiyyət kəsb edirdi.

 

Teqlər