May 09, 2024 14:22 Asia/Baku
  • İran dövlətinin rəsmisi xəbərdarlıq etdi

Xarrazi: İranın mövcudluğuna təhlükə yaranarsa, nüvə doktrinamızı dəyişməli olacağıq

 

İran Strateji Xarici Əlaqələr Şurasının rəhbəri bəyan edib ki, əgər sionist rejim İranın nüvə obyektlərinə zərər vurmağa cəsarət etsə, İran İslam Respublikası özünün nüvə doktrinasını dəyişməli olacaq.

Qətərin “Əl-Cəzirə” televiziyası ilə müsahibədə bu məqama toxunan Kamal Xərrazi qeyd edib: “İki il əvvəl Əl-Cəzirə ilə söhbətdə İranın nüvə bombası istehsal etmək gücünə malik olduğunu bildirmişdim. Bu gün hələ də o potensialımız var, amma nüvə bombası istehsal etmək qərarına gəlməmişik. Lakin İranın mövcudluğuna təhlükə yaranarsa, biz nüvə doktrinamızı dəyişməli olacağıq”.

Keçmiş XİN rəhbərinin sözlərinə görə, bu yaxınlarda hərbi rəsmilər də bəyan etdilər ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum etmək istəsə, İranın nüvə doktrinasınası və siyasətinə yenidən baxılması və əvvəlki mülahizələrdən kənara çıxması mümkündür.

 

 

Cənab Xərrazi son zamanlar İsrailin İsfahana hücumu ilə əlaqədar yayılan şayiəyə də aydınlıq gətirib. “Baş verənlər artıq İrana göndərilmiş kiçik bir uçan aparatdan casus kimi istifadə edilməsi idi; bunu İsrailin hücumu kimi qiymətləndirmək düzgün olmazdı. Bundan qabaq da xırda uçan aparatları əməliyyat üçün bəzi üsullarla İrana göndərmişdilər. Bunlar əslində əziyyət etmək üçündür və hərbi əməliyyat sayılmaz. Bu hərəkət İranın nüvə obyektlərinə qarşı deyildi, lakin onlar son əməliyyatda hərbi bazalardan yalnız birini hədəfə almaq istəyirdilər. Əgər onlar cəsarət edib İranın nüvə obyektlərinə ziyan vurmaq istəsələr, bu, təbii olaraq İranın nüvə doktrinasının dəyişməsinə gətirib çıxara bilər”, - deyə iranlı dövlət rəsmisi vurğulayıb.

Teqlər