May 18, 2024 14:29 Asia/Baku
  • Araz çayı üzərində “Qız Qalası” hidroqovşağı işə salınır

Mayın 19-da İran və Azərbaycan prezidentlərinin iştirakilə Araz çayında yerləşən “Qız Qalası” hidroqovşağı istismara verilir.

 

 “Qız Qalası” SES-in istismarı suvarma və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, regionun iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə və turizmin inkişafına gətirib çıxaracaq.

Su bəndi Ərdəbil regionunda 62 min hektar, Şərqi Azərbaycan ərazisində 12 min hektar ərazini su ilə təmin edəcək.

Qız Qalası hidroqovşağı saniyədə 3.44 min kubmetr daşqınlarla hər iki tərəfdə tənzimləyici kanal quraşdırılıb.

Qeyd etmək lazımdır ki, Qız Qalası hidroqovşağına İran tərəfindən 131 milyon dollar dəyərində vəsait xərclənib. Bu su bəndi ildə 2 milyard kubmetr suyu tənzimləyəcək, 1 milyard kubmetr Azərbaycana, 1 milyard kubmetr də İrana su veriləcəkdr.

Qeyd edək ki, layihə əsasında iki su elektrik kompleksi quraşdırılıb, gücü 100 MVt olan “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisi başa çatıb.

Beləliklə də ümumi gücü 1.6 milyard kubmetrdən çox olan bu su elektrik kompleksləri və elektrik stansiyaları Azərbaycan və İrana sərhəd Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə etməyə imkan verəcək.

Xatırladaq ki, 2016-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyev Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, enerji və su ehtiyatlarının birgə istifadəsi haqqında Azərbaycan-İran sazişini təsdiqləyib.

Teqlər