Cəlilabadda qızılcaya yoluxma yenidən artıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i4416-cəlilabadda_qızılcaya_yoluxma_yenidən_artıb
Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.
(last modified 2024-02-12T04:43:05+00:00 )
Fev 11, 2024 13:50 Asia/Baku
  • Cəlilabadda qızılcaya yoluxma yenidən artıb

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.

 

Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.

Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub.