Azərbaycan geridə qaldı
https://parstoday.ir/azeri/news/azerbaijan-i4418-azərbaycan_geridə_qaldı
Cənubi Qafqaz ölkələri arasında turizm gəlirləri baxımından Azərbaycan Respublikası böyük fərqlə sonuncu yerdə durur.
(last modified 2024-02-12T04:58:28+00:00 )
Fev 11, 2024 17:49 Asia/Baku
  • Azərbaycan geridə qaldı

Cənubi Qafqaz ölkələri arasında turizm gəlirləri baxımından Azərbaycan Respublikası böyük fərqlə sonuncu yerdə durur.

 

Azərbaycan 2023-cü ildə turizmdən 1,4 mlrd. dollar gəlir əldə edib, ölkəyə cəmi 2 mln. 85 min turist gəlib. Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, turizm baxımından digər qonşu ölkələrlə müqayisələr aparıb:

“Gürcüstana 2023-cü ildə 5.1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub.

Ermənistana 2023-cü ildə 2 mln. 300 min turist gəlib, 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb.

Ekspert xatırladıb ki, turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir:

“Azərbaycan hökuməti bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldur. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu, mümkün deyil”.

N.Cəfərli turizmin inkişafı üçün sərhədləri açmağın vacibliyinə diqqət ç