Azərbaycan vilayətinin Şəhid Mədəni Universiteti İslam dünyası universitetləri arasında 100 pillə yüksəlib
https://parstoday.ir/azeri/news/azerbaijan-i4892-azərbaycan_vilayətinin_Şəhid_mədəni_universiteti_İslam_dünyası_universitetləri_arasında_100_pillə_yüksəlib
 Azərbaycan vilayətinin Şəhid Mədəni Universitetinin Tədqiqatlar və Texnologiyalar üzrə vitse-prezidenti deyib: İslam Dünyası Elm və Texnologiya Sitat və Monitorinq İnstitutunun (ISC) təhsil meyarlarına əsasən və ümumi reytinqdə bu universitetin yeri 100 pillə yüksəlib.
(last modified 2024-03-18T03:51:16+00:00 )
Mart 17, 2024 15:36 Asia/Baku
  • Azərbaycan vilayətinin Şəhid Mədəni Universiteti İslam dünyası universitetləri arasında 100 pillə yüksəlib

 Azərbaycan vilayətinin Şəhid Mədəni Universitetinin Tədqiqatlar və Texnologiyalar üzrə vitse-prezidenti deyib: İslam Dünyası Elm və Texnologiya Sitat və Monitorinq İnstitutunun (ISC) təhsil meyarlarına əsasən və ümumi reytinqdə bu universitetin yeri 100 pillə yüksəlib.

 

Əlirza Əmani bazar günü IRNA ilə müsahibədə bu qiymətləndirmənin bu universitetin 2019-2021-ci illər üzrə üç illik fəaliyyəti ilə bağlı olduğunu qeyd edərək əlavə edib: Azərbaycan vilayətinin Şəhid Mədəni Universiteti tədqiqat, innovasiya, təhsil və beynəlxalq fəaliyyət kimi bütün müvafiq meyarlar üzrə 151-175-ci yerləri tutub.

O, bildirdi: Bu qiymətləndirmədə bu universitet təhsil standartlarına görə İran İslam Respublikasının 80 universiteti arasında 25-ci, bu universitetlər arasında isə təhsil baxımından 9-cu yerdə qərarlaşıb. Təhsil meyarları sıralamasında universitetlərin reytinqində təsirli amillər tələbələrin professor-müəllim heyətinə nisbəti və istinad olunan professor-müəllim heyətinin sayıdır.

Azərbaycan vilayətinin Şəhid Mədəni Universitetinin Tədqiqat və Texnologiya üzrə vitse-prezidenti deyib: Bu reytinqə əsasən, Təbriz Tibb Elmləri Universiteti 12-ci, Təbriz Universiteti 17-ci, Səhənd Texnologiya Universiteti 44-cü, Marağa Universiteti isə 68-ci yerdədir.