Azərbaycan XİN:
(last modified Fri, 19 Apr 2024 11:45:49 GMT )
Apr 19, 2024 15:45 Asia/Baku
  • Azərbaycan XİN:

"Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılaşıb.

 

“Çoxdan gözlənilən tarixi hadisə:Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - deyə Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə “X” şəbəkəsində qeyd edib.

KİV: Ermənistan ordu bölmələrini Azərbaycanın işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən geri çəkir.

Onları bu yerlərdə sərhədçilər əvəzləyəcək.