Apr 28, 2024 14:33 Asia/Baku
  • “Sərhəddə quraşdırılan dirək Ermənistanın ərazi bütövlüyünün təməl daşıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətində sərhədlərin delimitasiyası prosesinə münasibət bildirib.

 

Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan sərhədində quraşdırılan postlar Ermənistan Respublikasının ərazi bütövlüyünün təməl daşı rolunu oynayır.

Nikol Paşinyan deyib: “Bizi yalnız 29.8 min km.kv ərazimiz maraqlandırır. Bizim bu ərazilərdən başqa ərazilərə heç bir iddiamız yoxdur. Biz iddia etdiyimiz xəyali Ermənistanla reallıqlar arasında fərqi diqqətlə analiz etməliyik”.

Onun sözlərinə görə, Azərbaycana 4 kəndin qaytarılması həm də Ermənistanın 29.8 min km.kv ərazilərinin təmin edilməsi istiqamətində atılan güclü addımdır.

Teqlər