May 11, 2024 21:14 Asia/Baku
  • İran Fələstinin BMT-yə tam üzv kimi qəbul olunmasını himayə edib

Fələstinin BMT-yə tam üzv kimi qəbul olunması, tarixi ədalətsizliklərə baxılmasında ilk addım və əsas andır. Bunu, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib.

 

BMT Baş Assambleyasının Fələstinin BMT-yə tam üzvlüyünə dair qətnamə layihəsi cümə günü 25 tərəfsiz və doqquz əleyhinə səs qarşılığında/ 143 lehinə səslə qəbul edilib.

Bu istiqamətdə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi- Əmir-Səid İrəvani yerli vaxtla, cümə günü bu təşkilatın baş assambleyasının yığıncağında/ İranın/ Fələstinin BMT-yə tam üzv kimi qəbul olunmasını bir daha himayə etdiyini bildirib və belə söyləyib: Fələstinin BMT-yə tam üzv kimi qəbul olunması, Fələstin xalqının üzləşdiyi tarixi ədalətsizliklərə baxılmasında ilk addım və əsas andır.

Fələstin ölkəsi/ təşkilatın nizamnaməsinin dördüncü maddəsinə əsasən, BMT-yə üzvlük şəraitinə malikdir- deyən İranın BMT-dəki səfiri və daimi nümayəndəsi söyləyib: Bu qərar,/ Fələstinin bəzi təbii hüquqlarının bərpası/ və beynəlxalq ictimaiyyətin Fələstin xalqı qarşısındakı öhdəliklərinin icrası istiqamətində kiçik, lakin eyni zamanda, həyati bir addımın atıldığını göstərir.

İrəvani əlavə edib: Fələstin BMT Nizamnaməsində dərc olunmuş öhdəliklərin yerinə yetirilməsi sahəsindəki bacarığı və sülhə öhdəçiliyini göstəribdir və nəticə etibarı ilə, BMT-yə tam üzvlüyə layiqdir.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonra/ sionist rejimin Qəzzə zolağındakı cinayətlərinə/ və bu rejimin BMT Nizamnaməsinə sadiq qalmamasına toxunub/ və Amerikanın qeyd-şərtsiz olaraq, İsrail rejiminə verdiyi dəstəkləri tənqid edib.

Qəzzə zolağındakı kütləvi qəbirlər barədə təhqiqat istiqamətində Əlcəzairin təklif etdiyi BMT Təhlükəsizlik Şurasının mətbuat bəyanatının ilkin mətninin qəbul edilməsinin Amerika tərəfindən əngəlləməsinə işarə edən İrəvani, qeyd edibdir ki: Amerikanın Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi, göstərdiyi məsuliyyətsiz rəftar/ qəbuledilməz, məsuliyyətsiz və dünya ictimaiyyətinin tələbinə ziddir.

İranın/ fələstinlilərin müqəddərat haqqının bu bölgə sakinləri tərəfindən təyin edilməsi zərurətinə olan təkidini xatırladan İrəvani bildiribdir ki: İran İslam Respublikası davamlı atəşkəsin bərqərar edilməsinin müdafiəsi istiqamətində möhkəm dayanmaqda davam/ və onu/ bu həssas zaman kəsiyində/ Qəzzə üçün zəruri və təcili bir ehtiyac hesab edir.

Teqlər