Rusiya tərəfindən Ermənistan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin bərpası
(last modified Tue, 04 Jun 2024 09:05:50 GMT )
İyun 04, 2024 13:05 Asia/Baku
  • Rusiya tərəfindən Ermənistan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin bərpası

Amerika və müttəfiqlərinin Ermənistanın Rusiya ilə əlaqələrini kəsmək cəhdlərinə baxmayaraq, İrəvan və Moskva hakimiyyətləri mühüm və həyati məsələdə növbəti dəfə razılığa gəliblər.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistanın baş nazirinin müavini Mehr Qriqoryanın əldə etdiyi razılaşmalara əsasən, Rusiya Dəmir Yolu Şirkətinin mütəxəssisləri Ermənistan daxilində və Ermənistanla Gürcüstan arasında dəmir yolu əlaqələrinin bərpası üçün işə başlayıblar.Bu xətlər ötən həftə (25 may) daşqından sonra zədələnib və dağılıb.Faktiki olaraq bu yaxınlarda baş verən sel nəticəsində 8 nöqtədə ümumi uzunluğu 2 km-ə qədər olan dəmir yolu xətləri zədələnib.

Bununla bağlı, Rusiya baş nazirinin müavini Aleksey Orçukun mətbuat katibi “Andrey Matev” jurnalistlərə bildirib ki, Ermənistan əhalisinin həyati əhəmiyyətli mallarla təmin edilməsində dəmir yollarının əhəmiyyətini nəzərə alaraq, Rusiya hökuməti onların yenidən qurulması üçün lazımi maliyyə vəsaiti ayırır. Eyni zamanda, Moskva hökumətinin  rəsmisi bəyan edib ki, rusiyalı mütəxəssislər Ermənistanın xarici aləmlə dəmir yolu əlaqəsini tez bir zamanda bərpa etmək üçün hər şeyi edəcəklər.

Rusiya hökumətinin rəsmi addımı onu göstərir ki, əcnəbilərin region xalqlarının maraqları naminə cəhdlərinə baxmayaraq, iki ölkə arasında əlaqələr genişlənir. Bundan əvvəl Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə verdiyi müsahibədə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) ixracını 14 dəfə artırdığını açıqlamışdı bu isə ermənistanın ÜDM-in artımının 8,5%-i keçdiyinə səbəb olmuşdur.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən kiçik Gürcüstan ölkəsi əslində dünyanın bir neçə mühüm iqtisadi regionunu birləşdirən körpü rolunu oynayır. Əslində Gürcüstan Çinə ən qısa Avropa yoluna malikdir və “İpək Yolu”nun ən mühüm ticarət yollarından biri Qafqaz regionundan keçir. İndiki vəziyyətdə Moskva rəsmiləri bu mühüm məsələni nəzərə alaraq, beynəlxalq və strateji Şimal-Cənub dəhlizini aktivləşdirməklə bu regionun gələcəyinin öz nəzarətlərində olması üçün ikiqat səy göstəriblər.

Əslində, Şimal-Cənub dəhlizi Rusiyanın özünü və region xalqlarını Qərb hökumətlərinin avantürist fəaliyyətindən xilas etməyin yeganə yoludur. Bu baxımdan Rusiyanın regionda iki kiçik ölkəyə, Ermənistan və Gürcüstana çox ehtiyacı var. Bu səbəbdən Qərb hökumətləri bu iki ölkəni təxribat yolu ilə bu regionda müstəqil dövlətlərə, xüsusilə Rusiyaya qarşı çıxarmağa çalışırlar.Gürcüstanın enerji tranziti üçün əsas ölkə kimi əhəmiyyəti Sovet İttifaqının dağılmasından sonra daha aydın oldu. Ötən illərdə Qərb hökumətləri Qafqazda yeni neft və qaz kəmərləri çəkərək bu regionda təşəbbüs göstərməyə çalışıblar. Amma Qərbin bu bölgədəki müxalifəti də boş oturmadı və Amerikanın siyasətini ifşa etdi.

Bu faktları nəzərdən keçirərək demək lazımdır: Ermənistan və Gürcüstanın Rusiya üçün həyati əhəmiyyət kəsb edən iki Cənubi Qafqaz ölkəsi olduğuna şübhə yoxdur. Ötən illər ərzində ABŞ və onun müttəfiqləri vədlər verməklə və daxili gərginlik yaratmaqla Gürcüstanda Qərb yönümlü və asılı  qüvvələri hakimiyyətə gətirə biliblər.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana yardımı, Ermənistanın daxili və regional dəmir yolu kommunikasiya xətlərinin yenidən qurulması gələcəkdə böyük əhəmiyyət kəsb edəcək və Şimal-Cənub dəhlizinin möhkəmlənməsinə böyük təsir göstərə bilər.