Bakıda Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq danışıqları aparılıb
14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əlaqələrin genişləndirilməsi məqsədilə “Bakı” şəhərində iki ölkə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.
Bu barədə Azərbaycan kütləvi informasiya mənbələri XİN-ə istinadən məlumat verib.
Qeyd olunub ki, danışıqlarda müxtəlif sahələrdə praktiki ikitərəfli (və çoxtərəfli) əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, ticarət mübadiləsinin artırılması, aktual regional və beynəlxalq məsələlər kimi müxtəlif mövzular müzakirə edilib .
Özbəkistan və Azərbaycan rəsmiləri , son illərdə birgə fəaliyyətdən əldə edilən müsbət nəticələrin iki xalqın mənafelərinə uyğun münasibətlərin qurulmasında əminlik verici perspektiv yaradığını vurğulayıblar .
Qeyd edək ki , Ötən il (21 iyun 2022-ci il) Özbəkistan və Azərbaycan prezidentləri texniki və hərbi əməkdaşlığa dair sazişlər imzalayıblar.
Azərbaycan Respublikası Özbəkistanın böyük tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 181 milyon 800 min dollar olub.
Hazırda Özbəkistanda azərbaycanlı investorların kapitalı ilə 195 şirkət, o cümlədən ticarət, maşınqayırma, metal, enerji və qida sahələrində 69 müştərək şirkət fəaliyyət göstərir.
Məlumat üçün qeyd edək ki Azərbaycan Respublikası Özbəkistanın müstəqilliyini 1991-ci il oktyabrın 19-da tanıyıb və 1995-ci il oktyabrın 2-dən iki ölkə arasında diplomatik əlaqələr qurulub.