Azərbaycan Respublikası XİN-i İran hökumətinə və xalqına başsağlığı verib
https://parstoday.ir/azeri/news/azerbaijan-i5692-azərbaycan_respublikası_xİn_i_İran_hökumətinə_və_xalqına_başsağlığı_verib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz bəyanatında İran İslam Respublikasının prezidenti və xarici işlər nazirinin və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında şəhid olması ilə əlaqədar İran hökuməti və xalqına başsağlığı verib.
(last modified 2024-05-20T05:39:18+00:00 )
May 20, 2024 08:54 Asia/Baku
  • Azərbaycan Respublikası XİN-i İran hökumətinə və xalqına başsağlığı verib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz bəyanatında İran İslam Respublikasının prezidenti və xarici işlər nazirinin və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında şəhid olması ilə əlaqədar İran hökuməti və xalqına başsağlığı verib.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatının mətni belədir:

Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. 

“Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə