Zakir Həsənov İranın SQBQ rəisinə başsağlığı verib
https://parstoday.ir/azeri/news/azerbaijan-i5696-zakir_həsənov_İranın_sqbq_rəisinə_başsağlığı_verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagiriyə başsağlığı ünvanlayıb:
(last modified 2024-05-20T10:32:42+00:00 )
May 20, 2024 14:30 Asia/Baku
  • Zakir Həsənov İranın SQBQ rəisinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagiriyə başsağlığı ünvanlayıb:

"Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.Ruhları şad, xatirələri əziz olsun.