Ceyhun Bayramov ilə Əli Baqiri arasında telefon danışığı olub
https://parstoday.ir/azeri/news/azerbaijan-i5744-ceyhun_bayramov_ilə_Əli_baqiri_arasında_telefon_danışığı_olub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çərşənbə axşamı İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqırı Kəni ilə telefon danışığı aparıb.
(last modified 2024-05-23T06:28:39+00:00 )
May 21, 2024 20:27 Asia/Baku
  • Ceyhun Bayramov ilə Əli Baqiri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çərşənbə axşamı İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqırı Kəni ilə telefon danışığı aparıb.

 

 Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran İslam Respublikasının prezidentinin, İran xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə Azərbaycan xalqı və hökumətinin dərindən kədərləndiyini qeyd edib, mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.

O, İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın mürəkkəb məqamlarda Tehran və Bakı arasında münasibətlərin normallaşması və genişləndirilməsindəki rolunu yüksək qiymətləndirib

Azərbaycan Respublikasının xarici işlər naziri bu ölkə prezidentinin çərşənbə axşamı səhər İran İslam Respublikasının Bakıdakı səfirliyində olmasını və xatirə dəftərini imzalanmasını bu ölkə xalqı və hökumətinin dərin təəssüratının əlaməti hesab edib və iki dövlət başçıları tərəfindən bu yaxınlarda bağlanmış ikitərəfli sazişlərin icrasını sürətləndirməyə hazır olduqlarını bildirib

İranın müvəqqəti xarici işlər naziri öz növbəsində Tehran və Bakı arasında əlaqələrin ayrılmaz olduğunu bildirib.

Əli Baqiri Kəni həmçinin İranın mərhum prezidenti və xarici işlər nazirinin səylərini İranın region dövlətləri, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrinin inkişafında dəyərli sərmayə kimi qiymətləndirib