İnanclı məhbusun anası: “Polislər məni döyüb, hədələdilər”
https://parstoday.ir/azeri/news/azerbaijan-i584-İnanclı_məhbusun_anası_polislər_məni_döyüb_hədələdilər
Azərbaycan Milli Məclisinə oğlunun həbsinə etiraz etmək üçün gələn Natalya Sadıqova polislərin onu döydüyünü bildirib.
(last modified 2023-06-19T06:01:27+00:00 )
İyun 18, 2023 17:00 Asia/Baku
  • İnanclı məhbusun anası: “Polislər məni döyüb, hədələdilər”

Azərbaycan Milli Məclisinə oğlunun həbsinə etiraz etmək üçün gələn Natalya Sadıqova polislərin onu döydüyünü bildirib.

 

Oğlu Ələkbər Sadıqov son aylar narkotik ittihamı ilə həbs olunan yüzlərlə inanclı şəxsdən biridir. Natalya Sadıqova oğlunun Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə şərləndiyini bildirir. O, səsini eşitdirmək üçün Milli Məclisə gələn zaman zorakılıqla üzləşdiyini qeyd edib.

Natalya Sadıqovanın sözlərinə görə, polislər onun saçlarını yolub, qolunu burublar.

O sonra deyib ki, polislər saxlanılan digər valideynləri də təhqir edib, hədələyiblər.

Hüquq müdafiəçiləri Azərbaycanda 3 minə yaxın inanclı şəxsin həbs olunduğunu deyirlər. Onlara qarşı əsasən narkotikin qanunsuz dövriyyəsi ittihamı irəli sürülür.