Azərbaycan yolunu birdəfəlik Qərbdən ayırır
https://parstoday.ir/azeri/news/azerbaijan-i6018-azərbaycan_yolunu_birdəfəlik_qərbdən_ayırır
İlham Əliyev: Avropa ailəsinə girmək istəmirik
(last modified 2026-01-04T12:21:12+00:00 )
İyun 07, 2024 13:27 Asia/Baku
  • Azərbaycan yolunu birdəfəlik Qərbdən ayırır

İlham Əliyev: Avropa ailəsinə girmək istəmirik

 

Azərbaycan Respublikasının prezidenti ölkəsinin yeni siyasi kursunda Qərbə inteqrasiyanın yer almadğını vurğulayıb.

İlham Əliyev iyunun 6-da Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə deyib: “Biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də, heç kim bizi oraya buraxmazdı”.

Onun sözlərinə görə, Qərbin aparıcı dövlətlərinin keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir.