Azərbaycan Respublikasında Futbola yeni baş məşqçi təyin edilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i6122-azərbaycan_respublikasında_futbola_yeni_baş_məşqçi_təyin_edilib
Portuqaliyalı Fernando Santuş Azərbaycanın futbol yığmasına yeni baş məşqçi təyin edilib.
(last modified 2024-06-13T03:29:24+00:00 )
İyun 12, 2024 19:28 Asia/Baku
  • Azərbaycan Respublikasında Futbola yeni baş məşqçi təyin edilib

Portuqaliyalı Fernando Santuş Azərbaycanın futbol yığmasına yeni baş məşqçi təyin edilib.

 

Azərbaycan futbol yığmasının yeni baş məşqçisi 70 yaşlı portuqaliyalı Fernando Santuşdur. Bu barədə iyunun 12-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında elan edilib.

Əvvəllər Santos Yunanıstan, Portuqaliya və Polşa komandalarına rəhbərlik edib. 2016-cı ildə Portuqaliya yığmasını Avropa Çempionatında qələbəyə aparıb. Müqavilənin müddəti və şərtləri açıqlanmır.

Bundan əvvəl Azərbaycan yığmasına braziliyalı Karlos Alberto, almaniyalı Berti Foqts, xorvatiyalı Robert Prosineçki kimi tanınmışlar məşqçilik ediblər. Lakin milli komanda Dünya və Avropa çempionatlarının seçmə turnirlərində ciddi nəticələr əldə etməyib.