Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i6376-sentyabrın_1_də_azərbaycanda_növbədənkənar_parlament_seçkiləri_keçiriləcək
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
(last modified 2024-06-29T08:57:46+00:00 )
İyun 29, 2024 12:56 Asia/Baku
  • Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, sənəddə qeyd edilir.Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.