Azərbaycan Ermənistanla sülhün şərtini təkrarlayıb
(last modified Wed, 03 Jul 2024 10:32:06 GMT )
İyul 03, 2024 14:32 Asia/Baku
  • Azərbaycan Ermənistanla sülhün şərtini təkrarlayıb

İlham Əliyev: Ermənistan konstitusiyasını dəyişməlidir

 

Azərbaycan Respublikasının prezidenti Bakı ilə İrəvan arasında sülh sazişinin yekunlaşdırılmasının mümkünlüyünə işarə edərək, onun imzalanmasını Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə şərtləndirib.

Əliyev Kanadanın yeni səfirinin etimadnaməsini qəbul edərkən deyib: “Biz sülh müqaviləsinin mətnini, ən azı onun əsas prinsiplərini bir neçə ay ərzində yekunlaşdıra bilərik”.

Bununla belə, o vurğulayıb ki, sülh sazişi yalnız Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə imzalana bilər. Əliyev deyib: “Sülh müqaviləsinin imzalanmasının əsas şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir, çünki bu qonşu ökənin ana yasasında Azərbaycana Respublikasına qarşı ərazi iddiaları daxildir. Və nə qədər ki, bu dəyişiklik edilməyib, sülh müqaviləsi imzalanmayacaq.

O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi.

Əliyev vurğulayıb ki, çünki bu, Azərbaycanın daxili məsələsidir.