Ceyhun Bayramov: “Bizim birgə gələcəyə baxış proqramımız var”
(last modified Mon, 08 Jul 2024 06:38:02 GMT )
İyul 08, 2024 10:38 Asia/Baku
  • Ceyhun Bayramov: “Bizim birgə gələcəyə baxış proqramımız var”

Biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

"İranda yeni Prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - deyə nazir qeyd edib.

Nazir söyləyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

Qeyd edək ki, şəhid Rəisi dövlətində İran Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafı üçün böyük səylər göstərdi. Şəhid rəisinin həyatını itirməsi də elə həmin səylər zamanı baş verdi. Hətta bəziləri prezident Rəisini İran-Azərbaycan münasibətlərinin şəhidi adlandırdılar. Rəisi hökumətində Azərbaycanın İranda səfirliyinin açılması istiqamətində geniş müzakirələr və razılaşmalar əldə olunsa da bu hələ reallaşmayıb. Həmçinin Azərbaycan Respublikası İranla quru sərhədləri hələ də bağlı saxlayır.