“Karantin nazir” yenə də dünyanı özünə güldürdü
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Ən əsas vəzifəsi aybaşı karantin rejiminin müddətini uzaltmaqdan ibarət olan və buna görə də “karantin nazir” ləqəbi alan Əsədovun qərarına görə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.
Qərarda karantin rejiminin dəyə görə tətbiq olunduğu və sonra da uzaldıldığı barədə məlumat verilməyib. Ancaq təsəvvür olunur ki, bu qərar vaxtı ilə dünyada baş vermiş və tarixə qovuşmuş bir epidemiya ilə bağlıdır. Həmin epidemiyanın adı isə koronavirus epidemiyasından ibarət olmuşdur.
Azərbaycan xalqı xüsusiylə də sərhəd sakinlərini dünyadan təcrid etmək siyasətinin tərkib hissəsi olan karantin rejimi dünyada sadəcə Azərbaycan Respublikasından başqa Şimali Koreyada da davam etdirilir.