800-dən çox şəxs deputatlığa namizəd olmaq istəyir
(last modified Sat, 20 Jul 2024 10:34:30 GMT )
İyul 20, 2024 14:34 Asia/Baku
  • 800-dən çox şəxs deputatlığa namizəd olmaq istəyir

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd olmaq üçün 806 nəfər dairə seçki komissiyalarına müraciət edib.

 

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında bu qurumun rəhbəri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib.

451 namizəd qeydiyyat üçün tələb olunan 450 seçici imzasını yığmaq üçün imza vərəqələrini alıb, 31 namizəd isə imza vərəqələrini qaytarıb, 4 namizəd artıq qeydiyyatdan keçib.

Eyni zamanda, 25 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi qeydiyyatdan keçib.