İsrail mediası xəbər verir:
Azərbaycanın İsrailə neft satışı artıb
2024-cü ilin ilk altı ayında İsrailin Azərbaycandan neft idxalı 55% artaraq 989 milyon dollar dəyərində 1,583 milyon tona çatıb.
Bu barədə məlumatı sionist İsrail rejiminin mediası yayıb.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan hakimiyyəti İsrailin boykot edilməsi çağırışlarını qulaqardına vuraraq bu rejimin hərb maşınını yanacaqla təmin etməkdə israrlı qalır.
Bu yaxınlarda Bloomberg-in dərc etdiyi məlumatda deyilirdi ki, İsrail rejimi gündə təxminən 200 min barrel xam neft idxal edir. Və onun 60%-i müsəlman ölkələri olan Azərbaycan və Qazaxıstanın payına düşür. Halbuki, İsrailin bölgədə, əsasən də Qəzzədə cinayətlərinə son qoymaq üçün enerji damarlarınının kəsilməsi kifayət edər.
Qeyd edək ki, bir müddət əvvəl sionist ravvin Mixail Finkel Bakı neftinin tədarükünə görə Azərbaycan hakimiyyətinə təşəkkür etdi.
Finkel vurğuladı ki, “Bakı nefti sayəsində Merkava tankları hərəkət edir və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzə zolağında müsəlmanları bombalamaq üçün uçmağa imkan tapır”.
Qaniçən rejimin qara qızıla olan tələbatının təxminən 67%-i Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən əldə edilir.