Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib
İyul 21, 2024 23:36 Asia/Baku
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakının Ermənistanı COP29 iqlim sammitinə dəvət etməsindən xəbər verib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakının Ermənistanı COP29 iqlim sammitinə dəvət etməsindən xəbər verib.
H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib və dəvət məktubu COP29-un prezidenti Muxtar Babayev tərəfindən Ermənistanın xarici işlər nazirinə göndərilib.
“İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır”, - H.Hacıyev vurğulayıb.
Teqlər